16:35 10-10-2020
news_image
107
FUTBOL

Yenə legioner, yenə debütant – de Byazinin “Sumqayıt” sevgisi

Azərbaycan millisinin heyətində daha bir futbolçu debüt edəcək.
 
Apasport.az saytının məlumatına görə, “Sumqqayıt”ın futbolçusu Əli Qurbani yığmada ilk oyununa çıxacaq.
 
Milliləşən legioner az sonra start fiti veriləcək Monteneqro – Azərbaycan görüşündə şans qazanıb. İranlı hücumçu Millətlər Liqasının III turunun Podqoritsa şəhər stadionundakı qarşılaşmasının start heyətinə daxil edilib.
 
Bunadək milli forması geyinməyən Qurbani debüt şansını Canni de Byazidən qazanan ikinci oyunçudur. İtaliyalı mütəxəssis ötən turun Kiprlə qarşılaşmasında (1:0) bir futbolçuya şans vermişdi. Maraqlıdır ki, həmin vaxt da “Sumqayıt”ın mililəşən legioneri debüt edib. Bu, rusiyalı Rəhim Sadıxov olub.
 
Əli Azərbaycan millisinin tarixinə 238-ci futbolçu kimi düşüb. Bunadək keçirilən 258 matçda 237 oyunçu şans qazanıb.
 
Qeyd edək ki, oyun sayında millinin rekordçusu Rəşad Sadıqov 111 matça çıxıb.