18:15 10-10-2020
news_image
86
FUTBOL

Daha bir debüt gerçəkləşdi – millidə

Millətlər Liqasının Monteneqro ilə oyunu daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxan Əli Qurbaninin ardınca Azər Salahlı da debüt şansı qazanıb.
 
O, matçın fasiləsindən sonra meydana daxil olub. Maksim Medvedevi əvəzləyən müdafiəçi yığmanın tarixinə 239-cu futbolçu kimi düşüb. Bu matçadək 258 matçda 237 oyunçuya güvənən millinin heyətində 238-ci Qurbani olub.
 
Qeyd edək ki, Azər Canni de Byazinin baş məşqçiliyi dövründəki 3-cü debütantdır. Onadək Əli və ötən turun Kiprlə qarşılaşmasında (1:0) meydana çıxan Rəhim Sadıxov debüt imkanı əldə edib.