18:59 10-10-2020
news_image
97
FUTBOL

Millimiz qapını görmədi - STATİSTİKA

Millətlər Liqasının III turunun Monteneqro - Azərbaycan oyununun statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA C liqasının 1-ci qrupunun Podqoritsa şəhər stadionundakı matçındakı göstəriciləri hesablayıb.
 
Millimiz bəzi oyun komponentlərində rəqibdən üstün olub. Lakin qrupda ardıcıl 3-cü qələbəsini qazanan Monteneqro yığması ən vacib elementdə - qapı istiqamətində zərbələrdə aşkar üstünlük qazanıb.
 
0:2 hesabı ilə uduzan komandamız isə 90 dəqiqə ərzində rəqib qapısına bir dənə də olsun dəqiq zərbə endirə bilməyib. “Çərçivə”yə düşə bilməyən millinin bütün zərbə cəhdləri uğursuz alınıb.
 
Monteneqro - Azərbaycan
Qollar – 2:0

Zərbələr – 11:7
Çərçivəyə zərbələr – 6:0
Çərçivədən kənar zərbələr – 4:5
Blok edilən zərbələr – 1:2
Künc zərbələri – 3:4
Oyundan kənar vəziyyət – 4:2
Topa sahibolma faizi – 48:52
Ötürmələr – 327:409
Dəqiq ötürmələr – 244:323
Ötürmələrin dəqiqlik faizi – 75:79
Qaytarılan top – 33:36
Bloklama – 2:0
Sarı vərəqə - 2:2
Qırmızı vərəqə - 0:0
Qayda pozuntuları – 20:18