19:10 10-10-2020
news_image
139
DİGƏR NÖVLƏR

Ermənistan ərazisindən Mingəçevirə ballistik raket buraxıldı - VİDEO

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "SCUD" olan ballistik raketi buraxılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - H. Hacıyev qeyd edib.