19:54 10-10-2020
news_image
123
FUTBOL

“Qarşımızda aqressiv futbol təklif edən komanda var idi” – Monteneqronun baş məşqçisi

“Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlki oyunlarla müqayisədə bu dəfə fərqli oynadıq”.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hadzibeqiç deyib.
 
Millətlər Liqasının III turunun Azərbaycanla oyununda 2:0 hesablı qələbə qazanan balkanlıların çalışdırıcısı görüş barədə fikirlərini açıqlayıb: “Qarşımızda aqressiv futbol təklif edən komanda var idi. Yaxşı oynadığımızı deyə bilmərəm, amma nəticə bizim üçün çox yaxşıdır. Meydançanın istənilən səviyyədə olmaması oyunumuza təsir etdi. Qalib gəlmək vacib idi. Sevindirici haldır ki, əvəzetmələrimiz özünü doğrultdu və lazım olan qələbə qazandıq”.
 
Qeyd edək ki, C liqasının 1-ci qrupunun Monteneqro – Azərbaycan oyununda balkanlılar 2 cavabsız qolla qalib gəlib.