20:06 10-10-2020
news_image
148
FUTBOL

“Qəbələ”yə qalib gəldi - “Sumqayıt”

Azərbaycan Premyer Liqasında çıxış edən klubların iştirakı ilə növbəti yoxlama oyunu keçirilib.
 
Apasport.az saytının məlumatına görə, “Qəbələ” və “Sumqayıt” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə üz-üzə gəlib.
 
Çempionatın son turunda Qəbələdə qarşılaşan rəqiblər bu dəfə Bakı Olimpiya Stadionunun ehtiyat meydanına çıxıblar. Görüş sumqayıtlıların qələbəsi ilə başa çatıb. Ayxan Abbasovun yetirmələri Camaləddin Xocaniyazov və Cavid İmamverdiyevin qolları ilə 2:1 hesabı ilə qalib gəlib.