21:01 10-10-2020
news_image
137
FUTBOL

Ən yaxşı seçildi – 17 yaşında

İspaniya La Liqasında ayın futbolçusu mükafatının sahibi bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, sentyabrın ən yaxşısı adına Ansu Fati layiq görülüb.
 
“Barselona”nın 17 yaşlı hücumçusu ötən ay “Vilyarreal” (4:0), “Selta” (3:0) və “Sevilya” (1:1) ilə qarşılaşmalarda 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. O, bu mükafata digər iddiaçıları qabaqlayıb.
 
Ansunun rəqibləri Luis Suares (Atletiko), Yaqo Aspas (Selta), Xose Luis Morales (Levante), Mikel Merino (Real Sosyedad), Serxio Kanales (Betis) və Luis Milya (Qranada) olub.