00:17 11-10-2020
news_image
162
FUTBOL

Tuxelə əvəzləyici – PSJ-də

Fransanın PSJ klubunun baş məşqçi postuna namizəd müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, Tomas Tuxeli komandanın sabiq yarımmüdafiəçisi Tyaqo Motta əvəzləyə bilər.
 
Klub rəhbərliyi 38 yaşlı mütəxəssisi bu vəzifəyə əsas namizəd hesab edir. Futbolçu kimi “Barselona”, “İnter”, “Cenoa” və PSJ-də oynamış Motta karyerasını 2018-ci ildə bitirib.
 
Bir mövsüm PSJ-nin gənclər komandasının məşqçisi işləmiş çalışdırıcının son iş yeri “Cenoa” olub. O, A seriyası klubunda 2 ay duruş gətirib.
 
Qeyd edək ki, klub rəhbərliyinin transfer bazarındakı fəaliyyətini tənqid atəşinə tutan Tuxel bu səbəbdən də idman direktoru Leonardonun qəzəbinə səbəb olub.