22:51 10-10-2020
news_image
140
FUTBOL

Qələbə şərhi – millimizə qol vuran futbolçudan

“Biz hələ heç nə etməmişik. Lüksemburqa qarşı növbəti qarşılaşma həlledici olacaq”.
 
Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin futbolçusu Stavan Yovetiç deyib.
 
Təcrübəli futbolçu Millətlər Liqasının Azərbaycanla qarşılaşması barədə fikirlərini açıqlayıb. Yovetiç 2:0 hesablı qələbəni bərbad ot örtüyünü daha tez uyğunlaşmaqla izah edib: “İndi istirahət etmək və hazırlaşmaq lazımdır. Yumşaq desək, meydança fəlakət idi. Belə şərtlərin öhdəsindən biz daha yaxşı gəldik. Yaxşı imkanlar da oldu. Bizim də şanslarımız var idi. Düşünmürəm ki, rəqibdə daha çox idi”.
 
Qarşılaşmada ilk qolu vurmaqla komandasının 2:0 hesablı qələbəsində rol oynayan Yovetiç sevincini gizlətməyib: “Hər dəfə meydana çıxanda mümkün olan hər şeyi etməyə, məndən gözlənilən qol və məhsuldar ötürmələrlə fərqlənmək istəyirəm. Xoşbəxtəm ki, belə də davam etdim. Növbəti matçda da bunu təkrarlamağa çalışacağam”.
 
Stevan oktyabrın 13-də Lüksemburqa qarşı keçiriləcək matçdan da danışıb: “Biz sentyabrla müqayisədə daha hazırlıqlıyıq. Özümüzə inanırıq və evdə oynayırıq. Rəqibi sıxmalı, onlara nə istədiyimizi göstərməli və niyə 1-ci yerdə olduğumuzu nümayiş etdirməliyik”.