13:34 11-10-2020
news_image
123
FUTBOL

“Azərbaycan üçün də şərait eyni idi” – “Levante”nin futbolçusu

“Son illər ardıcıl 3 rəsmi oyunda qol buraxmadan qələbə qazanmağımız yadıma gəlmir. Üstəlik, 5 top vurmuşuq. Bunu növbəti matçda da davam etdirməliyik”.
 
Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının müdafiəçisi Nikola Vukçeviç Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyunu dəyərləndirərkən deyib.
 
Podqoritsadakı qarşılaşmada millimiz üzərində 2:0 hesablı qələbə qazanan monteneqrolular xallarının sayını 9-a yüksəldib və liderliyini davam etdirib. “Levante”nin 29 yaşlı oyunçusu ot örtüyünün bərbad durumda olmasını xüsusi qabardıb: “İllərdir yığmada çıxış edirəm. Hətta “Buduçnost”da olarkən də belə bərbad meydançada oynamamışdım. Ancaq şərait bizim kimi, rəqib üçün də eyni idi. Düzgün yanaşma tərzi və qələbə əzmi ilə meydana çıxdıq, sonda istəyimizə çatdıq”.
 
Qeyd edək ki, Monteneqro qrupda növbəti oyununu oktyabrın 13-də evdə Lüksemburqa qarşı keçirəcək. Azərbaycan millisi isə həmin gün Albaniyada Kipri qəbul edəcək.