13:49 11-10-2020
news_image
140
FUTBOL

Qalib oldu – “Qarabağ”ın rəqibi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Türkiyə klubu “Sivasspor” paytaxt turnirində qüvvəsini sınayıb.
 
Apasport.az saytının məlumatına görə, “igidlər” Türk Spor Yazarlar Dərnəyinin (TSYD) təşkil etdiyi turnirdə “Ankaragücü” ilə qarşılaşıb.
 
“Eryaman” stadionunda baş tutan görüş sivaslıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qollara 38-ci dəqiqədə Hakan Aslan, 90+3-cü dəqiqədə isə Mustafa Yatabare imza atıb. Bununla sayca 53-cü dəfə təşkil olunan turnirin qalibi “Sivasspor” olub.
 
Qeyd edək ki, “Sivasspor” Avropa Liqasının İ qrupunda “Qarabağ”la yanaşı, “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. Türkiyə təmsilçisi ilk görüşünü oktyabrın 22-də Vilyarrealda eyniadlı komanda ilə keçirəcək.