14:15 11-10-2020
news_image
113
FUTBOL

Poçettino uğrunda mübarizə - Mançester klublarından

İngiltərə klubları “Mançester Siti” və “Mançester Yunayted” argentinalı məşqçi Mauritsio Poçettinonun xidmətində maraqlıdır.
 
Apasport.az saytının məlumatına görə, Mançester klubları “Tottenhem”in sabiq çalışdırıcısının durumunu diqqətdə saxlayır.
 
Bu mübarizədə “qırmızı şeytanlar” daha üstün hesab edilir. Çünki mövsümə uğursuz start götürən “mankunianlar”ın baş məşqçi Ole Qunnar Sulşerlə yaxın müddətdə yollarını ayırması istisna deyil. “Şəhərlilər” isə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Pep Qvardiola ilə yeni saziş imzalamağı bacarmasa, o zaman Poçettino ilə danışığa başlayacaq.
 
Qeyd edək ki, Poçettino 2018/19 mövsümündə “Tottenhem”i Çempionlar Liqasının finalına çıxarıb.