14:47 11-10-2020
news_image
73
FUTBOL

Konte 1-ci, Pirlo 7-ci sırada – A seriyasında

İtaliya A seriyasında futbolçulardan sonra ən yüksək ödənişli baş məşqçilər də müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, cədvələ ildə 12 milyon avro alan “İnter”in çalışdırıcısı Antonio Konte başçılıq edir.
 
Təcrübəli mütəxəssisin illik gəliri ən yaxın izləyicisinin qazancından təxminən 5 dəfə çoxdur. Maraqlıdır ki, “Yuventus”un çalışdırıcısı Andrea Pirlo siyahıda 7-ci yerdə qərarlaşıb.
 
A seriyasında ən az maaş alan məşqçilər “Parma”lı Fabio Liverani və “Spezia”lı Vinçentso İtalyanodur. Onların illik məvacibi 500 min avrodur.
 
1. Antonio Konte (“İnter”) - 12 milyon avro
2. Paulo Fonseka (“Roma”) – 2,5
3-6. Can Pyero Qasperini (“Atalanta”) – 2,2
3-6. Simone İnzagi (“Latsio”) - 2
3-6. Stefano Pioli (“Milan”) - 2
3-6. Sinişa Mixayloviç (“Bolonya”) - 2
7. Andrea Pirlo (“Yuventus”) – 1,8
8-10. Cennaro Qattuzo (“Napoli”) – 1,5
8-10. Eusebio Di Françesko (“Kalyari”) – 1,5
8-10. Marko Campaolo (“Torino”) – 1,5
 
Qeyd edək ki, İtaliyada ən çox maaş alan futbolçu “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldodur (31 milyon avro).