15:17 11-10-2020
news_image
142
FUTBOL

Derbi öncəsi 5-ci futbolçusunda koronavirus – “İnter”in

İtaliyanın “İnter” klubunun daha bir futbolçusu koronavirus pandemiyasına yoluxub.
 
Apasport.az saytının məlumatına görə, bu dəfə müdafiəçi Eşli Yanqın testinin nəticəsi pozitiv çıxıb.
 
Ondan əvvəl Milan Şkrinyar, Alessandro Bastoni, Raca Nainqqolan və Roberto Qalyardini eyni səbəbdən karantinə alınmışdı. Yanq da artıq özünü təcrid edib və müalicəsinə start verilib.
 
Qeyd edək ki, “İnter” A seriyasının növbəti turu çərçivəsində oktyabrın 17-də derbidə “Milan”la qarşılaşacaq.