15:20 11-10-2020
news_image
158
FUTBOL

Ermənistan ordusunun raket hücumu nəticəsində Gəncə şəhər stadionu da zərər görüb

Ermənistan ordusunun raket hücumu nəticəsində Gəncə şəhər stadionu da zərər görüb.

Apasport.az saytının xəbərinə görə, bu barədə Gəncənin “Kəpəz” futbol klubunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin hücumu nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib.

 

“Yarım əsrdən çox tarixi olan stadionda hazırda vəziyyət şəkillərdə göründüyü kimidir. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb. Arena “Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən balansında olduğu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsindən uzun müddətə icarəyə götürülüb və klub üçün baza rolunu oynayır. “Kəpəz”in əsas və müxtəlif yaş qrupları üzrə komandaları məşqlərini və oyunlarını burada keçirir. Gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib”, - deyə qeyd olunub.