22:25 11-10-2020
news_image
86
FUTBOL

İlk het-triki – 6-cı oyunda

Millətlər Liqasının B liqasının 1-ci qrupunda Rumıniya ilə keçirilən oyun Norveç yığmasının hücumçusu Erlinq Haaland üçün əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, komandasının böyük hesabla qalib gəldiyi qarşılaşmada gənc forvard 3 qola imza atıb.
 
Bununla Haaland beynəlxalq karyerasında ilk dəfə het-trik müəllifi olub. Dortmund “Borussiya”sının üzvünə bunu həyata keçirmək üçün cəmi 6 oyun kifayət edib. Norveçin 4:0 hesabı ilə qalib gəldiyi matçda digər qolu rəqib qapısından Aleksander Sorlot keçirib.
 
Qeyd edək ki, ilk 3 turda 6 xal toplayan Norveç qrupa başçılıq edir.