09:06 12-10-2020
news_image
260
FUTBOL

Avropada 43-cü – Azərbaycan millisi

Millətlər Liqasının 2020/21 mövsümündə qrup mərhələsinin I dövrəsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 4 liqanın ümumilikdə 14 qrupunda mübarizə aparan Avropanın 55 yığması yarışı yarıya çatdırıb.

Baş tutan üç turda 55 millidən 52-si üç, 3-ü isə 2 matç keçirib. I dövrədən sonra turnirin ümumi cədvəli açıqlanıb.

C liqasının 1-ci qrupunda 3-cü sırada qərarlaşan Azərbaycan millisinin də ümumi sıralamadakı mövqeyi bəlli olub. Yığmamız hazırda Millətlər Liqasının 43-cü komandasıdır. 

Canni de Byazinin yetirmələri Belarusdan geridə, Kosovodan öncə qərarlaşıb. Buna millimiz keçirdiyi üç qarşılaşma səbəb olub. Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan millimiz yalnız Kiprə qalib gələ bilib – 1:0.

Qeyd edək ki, Millətlər Liqasının 2018/19 mövsümündə yığmamız ümumi sıralamada 46-cı olub.