09:09 12-10-2020
news_image
55
FUTBOL

“Matça nəzarət əlimizdə oldu” – yığmamızın rəqibi

“Oktyabr toplanışının ilk mərhələsində Azərbaycan üzərində qələbə qazanmaqla hədəfimizə çatdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının müdafiəçisi İqor Vuyaçiç Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyunu dəyərləndirərkən deyib.

Komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüşlə bağlı fikirlərini bildirən 26 yaşlı oyunçu matça sona qədər nəzarət etdiklərini söyləyib: “Azərbaycana qarşı çox çətin meydanda ağır oyun keçirdik. Meydana hansı məqsəd üçün çıxdığımızı bilirdik. Erkən qol vurduq, matça nəzarət bizim əlimizdə oldu və finişdə yekun nəticəni müəyyənləşdirdik”.

“Partizan”ın futbolçusu sabah Lüksemburqla Podqoritsada keçiriləcək qarşılaşmaya da münasibət bildirib: “Turnir cədvəlində ilk pillədə olsaq da, hələ heç nə əldə etməmişik. Cəmi 3 xal öndəyik. Lüksemburqla oyun bu baxımdan çox önəmlidir. Onlarla ilk görüşü istədiyimiz səviyyədə keçirmədik. Ancaq indi daha yaxşı oyun gözləyirik. Aparıcı futbolçularımız formadadır, oyun praktikaları da yerindədir. Məğlubiyyəti düşünmürük. Ümid edirəm ki, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirə biləcəyik”.