10:11 12-10-2020
news_image
90
FUTBOL

Koronavirus testinin nəticəsi açıqlandı – Kiprdə

Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə qarşılaşacaq Kipr millisi matçın keçiriləcəyi Albaniyaya yollanıb.

Apasport.az saytının məlumatına görə, komanda Tiranaya, oradan isə Elbasana gedib.

Yığmamızın rəqibi səfər öncəsi koronavirus testindən keçib. Kipr Futbol Assosiasiyası bütün heyətin testinin nəticəsinin neqativ çıxdığını açıqlayıb. Komandalar bu gün oyunöncəsi son məşqini keçəcək.

Qeyd edək ki, sabah Elbasanda keçiriləcək Azərbaycan – Kipr matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.