10:47 12-10-2020
news_image
99
FUTBOL

Milli üçün ilk arzusu – Qoridə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2021-in seçmə mərhələsində Gürcüstanla qarşılaşacaq.

Görüş Qori şəhərində baş tutacaq. Son iki qarşılaşmada Fransa və Slovakiyaya eyni – 1:2 hesabı ilə uduzan millimiz uğursuzluqlara son qoymaq üçün meydana çıxacaq.

Milan Obradoviçin baş məşqçisi olduğu yığma 3-cü yer uğrunda mübarizədən qopmamaq üçün səfərdən qələbə ilə dönməlidir. Lakin evdə 0:3 hesabı ilə uduzduğumuz rəqibdən revanş almaq asan olmayacaq.

Tsiklin bütün səfər görüşlərində uduzan komandamız rəqib meydanında ilk xal qazanmaq arzusunu reallaşdırmalıdır. Baş məşqçi Obradoviç və kapitan Hacıağa Hacılının cəzalı olması isə millinin əleyhinədir.

Qeyd edək ki, millimiz seçmə mərhələdə son oyununu noyabrın 12-də səfərdə İsveçrəyə qarşı keçirəcək.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
13 oktyabr
19:00. Gürcüstan – Azərbaycan
Baş hakim:
Dmitri Dmitriyev (Belarus)
Qori. Tengiz Burjanadze stadionu

1

İsveçrə

7

7

0

0

20-4

21

2

Fransa

7

6

0

1

23-9

18

3

Slovakiya

7

3

0

4

15-18

9

4

Gürcüstan

8

3

0

5

14-13

9

5

Azərbaycan

8

2

0

6

5-15

6

6

Lixtenşteyn

7

1

0

6

3-21

3