11:28 12-10-2020
news_image
163
FUTBOL

“Qrupdan çıxmaq istəyirik” - “Makkabi”nin baş direktoru

“Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığımız üçün qürur duyuruq”.

Apasport.az saytının məlumatına görə, bunu Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İsrailin “Makkabi” (Təl-Əviv) klubunun baş direktoru Şaron Tamm deyib.

Klub rəhbəri koronavirus pandemiyasının yaratdığı problemlər ucbatından maddi ziyana uğradıqlarını söyləyib. O, hədəflərinin Avropa Liqasında qrupdan çıxmaq olacağını söyləyib: “Təbii ki, Çempionlar Liqasında qrupa düşsəydik, daha yaxşı olardı. Ancaq Avropa Liqasındakı uğurdan da məmnunuq. UEFA-dan gələcək 10 milyon avro da koronavirusun yaratdığı zərəri bağlamaq üçün kifayət etmir. Dövlətin də yardımı problemlərimizin bir qismini həll edəcək. Ümid edirəm ki, komandamız qrupdan çıxar, bunun sayəsində həm yolumuza davam edərik, həm də qazancımızı artırarıq”.

Qeyd edək ki, İ qrupunda yer alan “Makkabi” ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə “Qarabağ”a qarşı keçirəcək. Qrupun digər komandaları “Vilyarreal” (İspaniya) və “Sivasspor”dur (Türkiyə).