12:48 12-10-2020
news_image
106
FUTBOL

260 - 10

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
 
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının IV turunun Kiprlə matçı yığmanın tarixində 260-cı qarşılaşma olacaq.
 
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 259 matça çıxıb. Hesabında 50 qələbə və 69 heç-heçə olan yığma 140 dəfə uduzub. Əvvəlki 259 qarşılaşmada 194 qol vuran futbolçularımız 436 top buraxıb.
 
Albaniyanın Elbasan şəhərindəki qarşılaşma rəsmi turnirlərdə 136-cı matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 135 oyuna çıxan komanda 16 qələbə qazanıb, 27 heç-heçə edib və 92 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız indiyədək 279 top buraxıb.
 
Millətlər Liqasında yubiley – 10-cu dəfə meydana çıxacaq yığma indiyədək 9 qarşılaşmada qüvvəsini sınayıb. Komandamız 3 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Milli 9 qol vurub, 10-nu buraxıb.
 
Bu, millimizin 2020-ci ildə 4-cü sınağı olacaq. Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan yığma Kipri 1 qolla üstələyib. Həm bu il, həm də italiyalı baş məşqçi Canni de Byazi ilə 3 matça çıxan komandanın hesabında 1 qələbə və 2 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə 2 dəfə fərqlənibsə, rəqiblər 4 qola sevinib.

Qeyd edək ki, “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr matçı Bakı vaxtı ilə saat 20:00-də başlayacaq.