13:13 12-10-2020
news_image
130
FUTBOL

Əlamətdar oyun - Şeydayev üçün

Millətlər Liqasının sabah Kiprə qarşı keçiriləcək oyunu Azərbaycan yığmasının bir neçə futbolçusu üçün əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, Albaniyanın Elbasan şəhərindəki qarşılaşma Ramil Şeydayev üçün 30-cu ola bilər.

Forvard meydana çıxsa, yubiley oyununu keçirəcək. Bununla da Saşa Yunisoğlunu geridə qoyacaq Şeydayev millidəki matç sayında Ruslan Musayevlə İlqar Qurbanova çatacaq.

Namiq Ələsgərov və zədə problemini arxda qoyacağı halda Təmkin Xəlilzadə 20-ci dəfə yığma forması geyinmək imkanı qazanacaq. Bunu bacaracaq oyunçu Mahir Emreli, Xaqani Məmmədov və Bəxtiyar Musayevlə eyni göstəriciyə malik olacaq. Bu “üçlük” də millidə 20 qarşılaşmaya çıxıb. Bəhlul Mustafazadə isə 10-cu görüşdə şans qazanmağa yaxındır.

Millinin 6 üzvü isə Elbasana debüt ümidi ilə yollanıb. Bunlar Amin Seydiyev, Elvin Bədəlov, İsmayıl İbrahimli, Şahrudin Məhəmmədliyev, Şəhriyar Əliyev və Aydın Bayramovdur.

futbolçu

oyun

qol

Maksim Medvedev

63

4

Qara Qarayev

60

0

Bədavi Hüseynov

52

0

Araz Abdullayev

40

3

Ramil Şeydayev

29

5

Təmkin Xəlilzadə

19

3

Namiq Ələsgərov

19

0

Anton Krivotsyuk

10

0

Coşqun Diniyev

10

0

Bəhlul Mustafazadə

9

0

Emil Balayev

8

-12

Rəhman Hacıyev

8

0

Abbas Hüseynov

5

0

Elvin Camalov

4

0

Mirabdulla Abbasov

4

0

Rəhim Sadıxov

2

0

Azər Salahlı

1

0

Əli Qurbani

1

0

Vüqar Mustafayev

1

0

Amin Seydiyev

0

0

Elvin Bədəlov

0

0

İsmayıl İbrahimli

0

0

Şahrudin Məhəmmədliyev

0

0

Şəhriyar Əliyev

0

0

Aydın Bayramov

0

0