13:58 12-10-2020
news_image
116
FUTBOL

“Can Azərbaycanın Yanındayıq” turnirinin qalibi oldu – “Kayseri Gənclərbirliyi”

Türkiyədə qadın futbol komandaları arasında “Can Azərbaycanın Yanındayıq” adlı dostluq turniri keçirilib.

Apasport.az saytının məlumatına görə, Dağlıq Qarabağda işğal altında olan torpaqlarımızı qaytarmaq uğrunda mübarizə aparan Azərbaycana həsr olunan mini-turnir 3 gün davam edib.

Egey regionundakı Afyon rayonunda təşkil olunan yarışda 6 klub qüvvəsini sınayıb. “Kocatepe” stadionunda baş tutan oyunlarda 2 qələbə, 1 heç-heçə edən “Kayseri Gənclərbirliyi” turnirin qalibi adına yiyələnib.