14:15 12-10-2020
news_image
279
FUTBOL

De Byazinin 3 problemi – Kiprlə oyunu buraxa bilərlər

Millətlər Liqasının IV turunda Kiprlə qarşılaşacaq Azərbaycan yığmasında zədəli futbolçuların durumu qeyri-müəyyən olaraq qalır.

Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, Monteneqro (0:2) ilə matçda debüt edən hücumçu Əli Qurbani və zədə səbəbindən həmin görüşü buraxan müdafiəçi Təmkin Xəlilzadənin sabahkı oyunda iştirakı bəlli deyil. Zədə səbəbindən son qarşılaşmada əvəzlənən kapitan Maksim Medvedev isə böyük ehtimalla Kiprlə oyunda meydana çıxmayacaq. Hər üç futbolçu ilə bağlı yekun qərar son məşqin ardından veriləcək.

Qeyd edək ki, Albaniyanın Elbasan şəhərində keçiriləcək Azərbaycan – Kipr matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək. Sarı vərəqə cəzalısı olan Bədavi Hüseynov heyətdə yer almayacaq.