
15:38
İspaniyanın “Real” klubunun hücumçusu Eden Azarın dəyəri düşüb.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü ötən il “kral klubu”na keçdikdən 90 milyon avro dəyər itirib.
Ulduz futbolçunun 2018/19 mövsümündə İngiltərə təmsilçisi “Çelsi”də olarkən qiyməti ən pik həddə - 150 milyon avroya bərabər idi. Ancaq zədə səbəbindən son bir ildə istənilən oyunu sərgiləyə bilməyən 29 yaşlı oyunçunun hazırda transfer qiyməti 60 milyon avro göstərilir.
Futbolçunun tez-tez zədələndiyini nəzərə alan Madrid klubu isə ona xüsusi psixoloq ayırıb.