16:02 12-10-2020
news_image
119
FUTBOL

Lemparda görə “Çelsi”dən gedir - Kante

Cari mövsüm Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante üçün “Çelsi”də son il ola bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu komandasını dəyişmək fikrinə düşüb.

Kanteni buna vadar edən səbəb baş məşqçi Frenk Lempardla aralarında bəzi problemlərin yaşanmasıdır. 29 yaşlı oyunçu dostunun toyunda iştirak etmək üçün çalışdırıcıdan bir günlük icazə istəsə də, Lempard məşqin vacibliyini vurğulayaraq, razı olmamışdı. Məhz bu, Kantenin Premyer Liqa klubundan ayrılmaq istəyini artırıb. O, mövsümün sonunda bu addımı atmaq barədə düşünür.

Qeyd edək ki, Nqolo Kante hazırda “İnter” və “Real”ın maraq dairəsindədir.