
22:24
İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Sami Xedira gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatının məlumatına görə, 33 yaşlı orta sahə oyunçusu MLS-də çıxış etməyə hazırlaşır.
Bu səbəbdən Almaniya millisinin sabiq üzvü Moskva “Spartak”ının illik 3 milyon avro maaş təklifini rədd edib. ABŞ-ın bir neçə klubu ilə danışıq aparan futbolçunun tezliklə “Yuventus”la müqaviləsinə xitam verilməsi gözlənilir.
Qeyd edək ki, Sami Xedira “Yuventus”a 2015-ci ildə İspaniya təmsilçisi “Real”dan keçib.