18:44 12-10-2020
news_image
164
FUTBOL

Azərbaycanın notasına cavab verdi - Monteneqro Futbol İttifaqı

Monteneqro Futbol İttifaqı (FSCG) futbolçu Andriya Droqayeviçin sosial şəbəkədəki paylaşımı ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlandığı diplomatik notaya cavab verib.

Apasport.az saytının məlumatına görə, qurum Ermənistanın “Alaşkert” klubunda çıxış edən qapıçının Monteneqro millisinin üzvü olmadığını bəyan edib.

Bildirilib ki, Draqoyeviçin instaqramdakı paylaşımı Monteneqro milli komandası və FSCG-nın Dağlıq Qarabağ bölgəsindəki mövcud duruma rəsmi mövqeyini əks etdirmir: “Moneneqro Futbol İttifaqı siyasi təşkilat deyil və öz fəaliyyətində bizi hər hansı mənada ayıran deyil, ümumi dəyərlərə üstünlük verir. Bu kontekstdə FSCG ümidvar olduğunu bildirir ki, Dağlıq Qarabağdakı münaqişə mümkün qədər tez başa çatacaq və bu bölgədə sülh hökm sürəcək”.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan (2:0) sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım edib. Məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayıb.