19:51 12-10-2020
news_image
86
FUTBOL

“Vilyarreal”ın futbolçusu “Real”a qayıdacaq – vaxtından əvvəl

İspaniyanın “Real” klubu Takefusa Kubonu geri qaytarmağı planlaşdırır.
 
Apasport.az saytının məlumatına görə, “Vilyarreal”a icarəyə verilən 19 yaşlı yaponiyalı yarımmüdafiəçinin yanvarda “Kral klubu”na qayıdışı gözlənilir.
 
Buna Kubonun yeni komandasında oyun praktikası əldə etməməsi səbəb olub. Asiyalı 5 oyunda cəmi 55 dəqiqə meydanda yer alıb.
 
Bu da “Real” rəhbərliyini narazı salıb. Futbolçunu oyun praktikası qazanmaq üçün icarəyə verən madridlilər onu vaxtından altı ay əvvəl geri qaytarmaq qərarına gəlib.
 
Qeyd edək ki, “Vilyarreal” Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Kubo bu turnir üçün sifariş vərəqinə daxil edilib.