22:18 12-10-2020
news_image
89
FUTBOL

Skolariyə aşağı dəstədən təklif – “Kruzeyro”nu xilas et

Braziliya millisinin sabiq baş məşqçisi Felipe Skolari yenidən “Kruzeyro”nu çalışdıra bilər.
 
Apasport.az saytının məlumatına görə, 71 yaşlı mütəxəssis klub rəhbərliyinin bu posta yeganə namizədidir.
 
Digər namizəd - “Amerika Mineyro”nun baş məşqçisi Liska isə “Kruzeyro”da çalışmaqdan imtina edib. Çünki yeni çalışdırıcı vaxtilə ölkəsinin aparıcı klublarından olan Belu-Orizonti təmsilçisini ağır durumdan çıxarmalıdır.
 
B seriyasının XV turunda “Oeste” ilə qolsuz heç-heçədən sonra komanda sonuncudan əvvəlki - 19-cu pillədə qərarlaşıb. Bu səbəbdən də Ney Franko postundan kənarlaşdırılıb.
 
Qeyd edək ki, Skolari 2000-01-ci illərdə də bu klubun baş məşqçisi olub.