20:44 12-10-2020
news_image
113
FUTBOL

“Futbolçularıma heç vaxt olmadığı qədər inanıram” – rəqib baş məşqçi

“Sabah yaxşı komanda ilə qarşılaşacağıq. Amma mən futbolçularıma heç vaxt olmadığı qədər inanıram”.
 
Apasport.az saytının məlumatına görə, bunu Kipr millisinin baş məşqçisi Yohan Valem deyib.
 
Millətlər Liqasının Azərbaycanla sabah keçiriləcək matçına həsr olunan mətbuat konfransında çıxış edən mütəxəssis iddialı danışıb. Valem 3 xal üçün mübarizə aparacaqlarını vurğulayıb: “Biz hamımız – futbolçular, məşqçilər, federasiya eyni şey üçün mübarizə aparır. Biz komandanı daha yaxşı etmək istəyirik. Müsbət nəticəni mümkün qədər tez əldə etməliyik. Çünki bu hamımıza – Kiprə, azarkeşlərə, federasiyaya, məşqçi kimi mənə lazımdır”.
 
Valem komandasını sabahkı görüşə hazır saydığını bildirib: “Düşünürəm ki, oyuna hazırıq. Biz lazım olan hər şeyi etmişik. Bu, bizim işimiz, vəzifəmizdir. Komandaya yeni düşüncə tərzi gətirməyə çalışmışıq. Həmişə mübarizə aparmalı və müsbət sonluq haqda düşünməliyik. Biz oyundan-oyuna yaxşılaşmaq istəyirik. Bunu da edəcəyik”.