22:29 12-10-2020
news_image

Dünya çempionatının keçiriləcəyini təsdiqlədi - UWW

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, büro dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatının planını təsdiqləyib.

Qeyd olunub ki, UWW üzvlərinin 70 faizindən çoxu mundialda iştirak edəcəyini bildirib. Bu isə dünya çempionatını keçirməyə imkan verir. Ancaq Büro qarşıdakı 1 ayda koronavirus pandemiyası ilə bağlı müşahidələr aparacaq və son qərarını noyabrın 6-da verəcək.

Baş tutan iclasın yekununda isə gənclərin dünya çempionatının ləğv olunmasına qərar verilib.

Qeyd edək ki, daha öncə gənclərin analoji yarışının dekabrın əvvəllərində Belqradda keçirilməsi planlaşdırılırdı. Ancaq üzv ölkələrin əksəriyyəti bu yarışda iştirakını təsdiqləmədiyi üçün gənclərin dünya çempionatı bu il keçirilməyəcək.