10:37 13-10-2020
news_image
104
FUTBOL

İkinci yerə yüksələ bilər – Azərbaycana uduzsa

Kipr yığması Millətlər Liqasının qrup mərhələsində 4-cü oyununu bu gün Azərbaycan millisinə qarşı keçirəcək.

Apasport.az saytının məlumatına görə, bu görüşdə məğlubiyyət rəqibin baş məşqçisi Yohan Valemi antirekorda bir addım da yaxınlaşdıra bilər.

Kiprlilər bu il baş məşqçi postuna təyin olunan Valemin rəhbərliyi altında keçirdiyi 3 rəsmi matçın hamısında yenilib. Bununla çalışdırıcı ən uğursuz başlanğıca imza atan məşqçilər sırasında ikinci olan Kristakis Kristoforuya (2015-2017) çatıb. Azərbaycana məğlubiyyət isə Valemi həm ikinci pilləyə yüksəldəcək, həm də lider Nikos Niopliasa yaxınlaşdıracaq. 2011-2013-cü illərdə Kipri çalışdıran Niopliasın rəhbərliyi altında baş tutan ilk 5 matçın hamısında komanda uduzub.

Qeyd edək ki, Albaniyanın Elbasan şəhərində keçiriləcək Azərbaycan – Kipr matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.