11:42 13-10-2020
news_image
248
FUTBOL

“Gəncəyə raket atan erməni tərəfi bilərəkdən mülki əhalini hədəfə alıb” - İqor Ponomaryov

“Erməni ordusunun raket atdığı Gəncə döyüş zonasından uzaqda yerləşir. Orada hərbi obyekt yoxdur, 500 min əhali yaşayır”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan futbolunun əfsanəsi İqor Ponomaryova məxsusdur.

Uzun illər futbolçu kimi “Neftçi”nin şərəfini qorumuş, Azərbaycan millisinin baş məşqçisi kimi çalışmış veteran erməni təxribatçıların Gəncədə törətdikləri vəhşiliyə biganə qalmayıb. 1988-ci il Seul Olimpiadasının çempionu olmuş Ponomaryov Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması ilə bağlı sosial şəbəkədə paylaşım edib: “Buna görə də Gəncəyə raket atan erməni tərəfi bilərəkdən mülki əhalini hədəfə alıb. Raket hücumu Gəncə sakinləri yatarkən onları çətin vəziyyətə qoyub. Ölənlər arasında çox sayda qadın və uşaq var. Bu cinayətdir! Hətta müharibənin də öz qaydaları var. Azərbaycan öz əraziləri və öz tarixi torpaqlarının azad olunması üçün mübarizə aparır”.