12:07 13-10-2020
news_image
65
FUTBOL

Kiprlə matçda favoritdir - Azərbaycan millisi

Millətlər Liqasının IV turu çərçivəsində keçiriləcək Azərbaycan – Kipr oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Albaniyada təşkil olunacaq görüşə ev sahibi kimi çıxacaq yığmamızı favorit sayırlar. Bu gün Elbasan şəhərində baş tutacaq matçda Azərbaycanın qələbəsi 2,44, Kiprin qalib gəlməsi 3,46 əmsaldır. Matçda heç-heçəyə 2,90 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.