12:34 13-10-2020
news_image
141
FUTBOL

FİFA-ya şikayət etdi – “Qalatasaray”

Türkiyənin “Qalatasaray” klubu FİFA-ya şikayət məktubu ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın hücumçu Batefimbi Qomisin transferinə görə son ödənişi etmədiyini bildirib.

“Cim-bom” fransalı forvardı 2018-ci ildə ərəblərə 6 milyon avroya satıb. Son ödəniş vaxtında olmadığı üçün türklər FİFA-ya şikayət ediblər. Həmçinin maaşını ala bilməyən Qomis özü də ali futbol qurumuna müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Batefimbi Qomis 2017/18 mövsümündə “Qalatasaray”da çıxış edib.