13:12 13-10-2020
news_image
97
FUTBOL

“Azərbaycan üzərində qələbə gücümüzün göstəricisidir” - Hadzibeqiç

“Millətlər Liqasının startından bəri heyətdə tez-tez problemlərlə üzləşirik. Bu da bizə əlavə problemlər yaratdı”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç ölkəsinin mətbuatına müsahibəsində deyib.

63 yaşlı mütəxəssis Millətlər Liqasının qrup mərhələsinin ilk 3 oyununda qazanılan qələbəni dəyərləndirib. Təcrübəli çalışdırıcı bu gün Lüksemburqla keçiriləcək matça da 3 xal üçün çıxacaqlarını söyləyib: “Ən yaxşı oyunçular hazır olduğu zaman çətin rəqibə çevrilirik. Geniş heyətə malikik, seçim imkanlarım olur. Azərbaycan, Lüksemburq və Kipr üzərində qələbələr gücümüzün göstəricisidir. Növbəti matçda Lüksemburqa da qalib gəlsək, birinci yeri təmin edərik. Bu da dünya çempionatına vəsiqə yolunda yeni şans yaradar. Ancaq Lüksemburq sürətlə inkişaf edən və daha çox peşəkar oyunçulara sahib komandadır. Əvvəlki həvəskar Lüksemburq yoxdur”.

Qeyd edək ki, Monteneqro oktyabrın 10-da Podqoritsada Azərbaycan millisi üzərində 2:0 hesablı qələbə qazanıb.