13:55 13-10-2020
news_image
130
FUTBOL

“Milan”ı pulsuz tərk edə bilər – PSJ-yə doğru

İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma mövsümün sonunda Fransaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, PSJ klubu gənc qolkiperin xidmətində maraqlıdır.

Bir müddətdir 21 yaşlı oyunçunu heyətinə qatmağa çalışan parislilər gələn ilin yayında bu keçidi havayı reallaşdırmağı planlaşdırır. Çünki Donnarummanın “rossonyerlər”lə müqavilə müddəti məhz mövsümün sonuna qədərdir. PSJ rəhbərliyi ondan yeni sözləşmə imzalamamağı və Fransaya azad agent kimi yollanmağı istəyib.

Qeyd edək ki, Donnarumma bu mövsüm 4 matçda iştirak edib, qapısından 4 qol buraxıb.