
19:06
UEFA “Qarabağ” və “Neftçi” klublarına avrokuboklarda çıxışa görə maliyyə vəsaiti ödəyib.
Apasport.az xəbər verir ki, qitə futbol qurumundan daxil olmuş vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Qarabağ” Çempionlar Liqasında iştirakına görə 1 milyon 140 min, əlavə səyahət xərcləri üçün isə 80 min avro qazanıb.
“Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı səbəbindən 260 min avroluq gəlir əldə edib.