14:39 13-10-2020
news_image
342
TOP OYUNLARI

Yunanıstan klubundan ayrılmasına aydınlıq gətirdi – yığmamızın sabiq voleybolçusu

Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkova Yunanıstanın AEK klubundan ayrılmasına aydınlıq gətirib. 

31 yaşlı hücumçu apasport.az saytına açıqlamasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcəyini deyib. 

Jidkovanın sözlərinə görə, AEK-dən ayrılmasında hansısa hadisələr rol oynamayıb: “Müqaviləni pozub, komandadan ayrılıram. Biz anlaşmaya qarşılıqlı razılıq əsasında xitam veririk. Azərbaycanda baş verən hadisələrin buna təsiri yoxdur. Dağlıq Qarabağdakı müharibənin komandadan ayrılmağımla bağlılığından söhbət gedə bilməz”. 

Qeyd edək ki, Jidkova AEK-lə ötən ay bir mövsümlük müqavilə imzalamışdı.