15:29 13-10-2020
news_image
74
FUTBOL

Elitada 5-ci klub fəaliyyətini dondurdu – İsraildə

İsrail klubu Təl-Əviv “Hapoel”i fəaliyyətini dondurub.

Apasport.az saytının məlumatına görə, yüksək liqa təmsilçisi buna səbəb kimi, koronavirus pandemiyası ilə bağlı çempionatın dayandırılmasını göstərib.

Klub rəhbərliyi bütün futbolçuları ödənişsiz məzuniyyətə göndərmək qərarına gəlib. Bu, əsas heyətlə yanaşı, gənclərdən ibarət komanda və klub işçilərinə də şamil edilib. Ödənişsiz məzuniyyət məşqlərin dayandırıldığı gündən hesablanır və bərpa qərarına qədər davam edəcək. Bundan narazılıq bildirən oyunçular məsələ ilə bağlı vəkil tutublar.

Buna qədər elita təmsilçilərindən Hadera “Hapoel”i, Petah-Tikva “Makkabi”si, Kfar Saba “Hapoel”i və “Bney Saxnin” eyni addımı atıblar.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 22-də İsraildə Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq.