16:10 13-10-2020
news_image
85
FUTBOL

Serxio Ramosa maraq – 2 ölkədən

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu artıq iki klubdan təklif alıb.

İtaliya çempionu “Yuventus” və Fransada qızıl medalların sahibi PSJ mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Adıçəkilən klub rəsmiləri İspaniya millisinin üzvünün madridlilərlə danışıqlarını yaxından izləyir. İllik məvacibi 11,7 milyon avro olan 34 yaşlı Ramosun müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. O, “kral klubu” ilə yeni sözləşmədə ortaq məxrəcə gələ bilməsə, başqa komandaya azad agent kimi keçəcək.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən “Real”ın formasını geyinir.