17:32 13-10-2020
news_image
77
FUTBOL

20 milyonluq təklifi rədd etdi – ispaniyalı futbolçu

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Xuan Mata Səudiyyə Ərəbistanından astronomik məbləğdə təklif alıb.

Apasport.az saytının məlumatına görə, adı açıqlanmayan bir komanda ispaniyalı orta sahə oyunçusuna iki dəfə müraciət edib.

Lakin 32 yaşlı futbolçu ərəblərin əvvəlcə 16, daha sonra isə 20 milyon avroluq illik maaş təklifini rədd edib. Mata bu mövsüm “mankunianlar”da əsas heyətə düşəcəyinə inandığı üçün komandada qalmaq qərarına gəlib.

Qeyd edək ki, Xuan Mata 2014-cü ildən “Mançester Yunayted”in şərəfini qoruyur.