17:12 13-10-2020
news_image
105
DİGƏR NÖVLƏR

Startda ikinci yer - idmançımızdan

Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova növbəti sınağına çıxıb.

Apasport.az saytının məlumatına görə, idmançımız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Panin-Kolemenkin xatirəsinə həsr olunan turnirdə mübarizəyə başlayıb.

İştirakçılar ilk yarış günündə qısa proqramı yerinə yetirib. Yekaterinanın çıxışı 60,11 xalla qiymətləndirilib.

O, 2-ci yeri tutub. Rusiyalı Yelizaveta Nuqumanova 66,21 xalla 1-ci olub.