
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda daha bir görüş baş tutub.
Birinci yerə iddia edən İsveçrə “Tissot Arena”da autsayder Lixtenşteyni qəbul edib. Matçı üstün keçirən isveçrəlilər gözlənildiyi kimi, asan qələbə qazanıblar. Rəqibin qapısına 3 cavabsız qol vuran və itkisiz irəliləyən Mauro Lustrinellinin yetirmələri xallarının sayını 24-ə yüksəldib və turnir cədvəlində yenidən vahid liderliyi ələ keçirib.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Qoridə Gürcüstana 0:1 hesabı ilə yenilib.
1 |
İsveçrə |
8 |
8 |
0 |
0 |
23-4 |
24 |
2 |
Fransa |
8 |
7 |
0 |
1 |
24-9 |
21 |
3 |
Gürcüstan |
9 |
4 |
0 |
5 |
15-13 |
12 |
4 |
Slovakiya |
8 |
3 |
0 |
5 |
15-19 |
9 |
5 |
Azərbaycan |
9 |
2 |
0 |
7 |
5-16 |
6 |
6 |
Lixtenşteyn |
8 |
1 |
0 |
7 |
3-24 |
3 |