21:32 13-10-2020
news_image
146
FUTBOL

Daha bir “siftə” – millidə

Millətlər Liqasının Kiprlə oyunu daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, Albaniyadakı qarşılaşmada əvəzləmədən meydana daxil olan Amin Seydiyev debüt şansı qazanıb.

O, matçın 71-ci dəqiqəsində zədələnən Bəhlul Mustafazadəni əvəzləyib. Bununla müdafiəçi yığmanın tarixinə 243-cü futbolçu kimi düşüb. Bu matçadək 259 görüşdə 239 oyunçu millinin formasını geyinib.

Baş məşqçi Canni de Byazi Kiprlə matçın start heyətində meydana çıxan Şahruddin Məhəmmədəliyev, Elvin Bədəlov və İsmayıl İbrahimliyə də debüt imkanı verib.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən qarşılaşmada hesab 0:0-dır.