22:01 13-10-2020
news_image
236
FUTBOL

Qapıya zərbə vurmadan xal aldı - Azərbaycandan

Millətlər Liqasının IV turunun Azərbaycan - Kipr oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA C liqasının 1-ci qrupunun Elbasan şəhər stadionunda keçirilən matçın göstəricilərini hesablayıb.
 
Millimiz bəzi oyun komponentlərində rəqibdən üstün olub. Lakin bu, 0:0 hesabını dəyişmək üçün yetərli olmayıb. Çərçivəyə 6 zərbə vuran futbolçularımızın cəhdləri bir nəticə verməyib. Rəqib isə ümumi zərbə sayında üstün olsa da, heç bir halda çərçivəni nişan ala bilməyib.

Azərbaycan - Kipr
Qollar – 0:0
Zərbələr – 10:14
Çərçivəyə zərbələr – 6:0
Çərçivədən kənar zərbələr – 4:8
Blok edilən zərbələr – 0:6
Künc zərbələri – 1:1
Oyundan kənar vəziyyət – 1:4
Topa sahibolma faizi – 56:44
Ötürmələr – 527:354
Dəqiq ötürmələr – 420:271
Ötürmələrin dəqiqlik faizi – 80:77
Qaytarılan top – 32:47
Bloklama – 6:0
Sarı vərəqə - 1:4
Qırmızı vərəqə - 0:0
Qayda pozuntuları – 19:22