22:53 13-10-2020
news_image
78
FUTBOL

"Komandam fantastik oynadı" – Yohan Valem

“Matçın böyük hissəsində meydanda yaxşı nəzərə çarpdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem Millətlər Liqasının IV turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

Albaniyanın Elbasan şəhərində keçirilən qarşılaşma 0:0 hesabı ilə nəticələnib. Bununla Valem Kipr yığmasında ilk xalını qazanıb.

Matçdan sonrakı mətbuat konfransında çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: “Futbolçular xarakter nümayiş etdirdilər, uğur qazanmaq üçün çox çalışdılar. Komandam fantastik oynadı. Bəzi anlarda lazımi dərəcədə səbrli oynamadıq. Qapıçımızın penaltini dəf etməsi kimi vacib məqamlar yaşandı. Bu, matçın qırılma anı oldu. Futbolçularımın oyun düşüncəsi məni sevindirir. Ancaq yavaş-yavaş və daimi inkişafın açarını tapmalıyıq. Daha yaxşı oynaya bilərik. Komanda şəklində daha çox inkişaf etməli və matç zamanı emosiyaları idarə etməliyik”.