00:00 14-10-2020
news_image
137
FUTBOL

70-ci sülh – millimizdən

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının IV turunun Kiprlə matçı yığmanın tarixində 260-cı qarşılaşma olub.
 
0:0 hesabı ilə nəticələnən görüşdə komandamız 70-ci heç-heçəsini edib. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamızın hesabında həmçinin 50 qələbə və 140 məğlubiyyət var. Əvvəlki 259 qarşılaşmada 194 qol vuran futbolçularımız bu sayda dəyişiklik edə bilməyib. Millimiz ümumilikdə 436 top buraxıb.
 
Albaniyanın Elbasan şəhərindəki qarşılaşma rəsmi turnirlərdə 136-cı matç olub. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, eləcə də Millətlər Liqasında bu qədər görüşə çıxan komanda 16 qələbə qazanıb, 28 heç-heçə edib və 92 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız indiyədək 279 top buraxıb.
 
Millətlər Liqasında yubiley – 10-cu dəfə meydana çıxan yığma bu turnirdə 4-cü bərabərliyinə imza atıb. Digər oyunlarda 3 qələbə, 3 məğlubiyyət qeydə alınıb. Milli 9 qol vurub, 10-nu buraxıb.